"Kəpəz" klubunun futbolçusu əməliyyat olunub
21.11.2024 - 15:15
!["Kəpəz" klubunun futbolçusu əməliyyat olunub](https://ww3.apasport.az/storage/news/2024/november/21/big/673f11e691488673f11e6914891732186598673f11e691486673f11e691487.webp)
"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.
0
0