“Kəpəz”də yeni müqavilələr
02.08.2024 - 11:22
![“Kəpəz”də yeni müqavilələr](https://ww3.apasport.az/storage/news/2024/august/02/big/66ac8977ca2d966ac8977ca2da172258341566ac8977ca2d766ac8977ca2d8.png)
“Kəpəz” Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimov daha 3 il bizimlə olacaq.
Klub rəhbərliyi və məşqçilər korpusu onların hər birinin potensialına inanaraq etimad göstərib. Uzunmüddətli müqavilələr ilə bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.
0
0