"Qəbələ"də yeni transfer
08.10.2024 - 12:55
!["Qəbələ"də yeni transfer](https://ww3.apasport.az/storage/news/2024/october/08/big/6704f356c554f6704f356c555017283776866704f356c554d6704f356c554e.jpg)
“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevlə yeni müqavilə imzalanıb.
30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş M.Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.
0
0