"Kəpəz"ə müvəqqəti rəhbərlik edəcək məşqçi bəlli oldu
07.11.2023 - 13:51
"Kəpəz"də baş məşqçi axtarışlarının davam etdiyi ərəfədə komandanı növbəti oyunda meydana çıxaracaq məşqçinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klubdan verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.
Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.
- Azərbaycanlı hakim ÇL matçında
- Subaşiç: "Neftçi" avrokuboklarda uğurlu nəticələrlə azarkeşləri sevindirəcək" - MÜSAHİBƏ
- Özünü Almaniya millisinə təklif etdi
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Mbappe "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqladı
0
0