Kevin Medinanın yeni klubu bəlli oldu
28.06.2026 - 15:32
"Qarabağ"dan ayrılan Kevin Medinanın yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını Malayziyada davam etdirəcək.
Kolumbiyalı “Yohor Darul Tazim”lə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, sözügedən klubda Eddi İsrafilov və Con İrazabal da çıxış edir.
0
0