![Kikboksinq millilərinin heyətinə düşmək üçün turnir başlandı - FOTOLENT](https://ww3.apasport.az/storage/news/2022/december/06/big/638f6208f1917638f6208f19181670341128638f6208f1914638f6208f1915.jpeg)
Bu gün Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kuboku start götürüb.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün millilərin heyətini müəyyənləşdirmək üçün keçirilir.
Yarışda 554 idmançı (354 yeniyetmə və gənc, 200 böyük kikboksçular) çempionluq üçün mübarizə aparır.
Qeyd edək ki, dekabrın 9-u saat 16:00-dan etibarən yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü keçiriləcək.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- “Apasport”dan 7 uduş, “Ödənişli” kuponlarda daha bir dubl
- Birinci Liqa: pley-off matçının təyinatları açıqlandı
- U-19 millimiz Türkiyə ilə üz-üzə
- Taekvondoçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir