“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl”a 2:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bir qolla yadda qalıb.
24 yaşlı hücumçu bununla da Çempionlar Liqasında qollarda birbaşa iştirak sayını 6-ya çatdırıb (5 qol, 1 assist).
Forvard vaxtilə “Çelsi”, “Monako” və “Portu” klublarında çıxış etmiş həmyerlisi Radamel Falkaonu geridə qoyaraq turnir tarixində bir mövsüm ərzində ən çox qolda birbaşa iştirak edən kolumbiyalı futbolçu olub.
Xatırladaq ki, ulduz hücumçu 2016/17-ci illər mövsümündə "Monako" forması ilə çıxış etdiyi 8 oyunda 5 qolla yadda qalmışdı.
Qeyd edək ki, Duran mövsümün əvvəlində “Qarabağ”a transfer olunub.