Bu gün Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kişi sablyaçıları da medallar uğrunda mübarizə aparıb.
Dörd idmançımızdan ikisi - Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini adlayaraq 1/32 finala yüksəlib. Maqsud Hüseynli və Ayxan Xasıyev isə medal arzusu ilə erkən vidalaşıb.
1/32 final səddi sablyaçılarımız üçün keçilməz olub. Murad ispaniyalı İnaki Bravoya 9:15, Saleh isə polşalı Pyotr Şepanikə 5:15 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün baş tutan qadın rapiraçıların yarışında Azərbaycan təmsil olunmayıb.
- Meza Kolli: “Əminəm ki, Mutu "Neftçi"ni yüksəklərə qaldıracaq” - MÜSAHİBƏ
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
- Millimizin üzvü "Sumqayıt"da yubiley matçına çıxıb
- “Kəpəz”dən ilk, “Qarabağ”dan darmadağın - YENİLƏNİB
- AMADA Azərbaycan Kikboksinq Federasiyası üçün seminar təşkil edib