“Real”dan Asensioya XƏBƏRDARLIQ
11.01.2023 - 10:00
İspaniyanın “Real” klubu futbolçusu Marko Asensioya xəbərdarlıq edib.
Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi hücumçusunun müqavilənin uzadılması təklifinə ən qısa zamanda cavab verməsini tələb edib.
Oyunçu gecikməyə davam edərsə, onun komandada saxlanılmayacağı bildirilib. Asensio isə “Real” ilə müqaviləni yeniləməyə tələsmir. O, bunu Madrid klubunda kifayət qədər meydana çıxa bilməyəcəyi ilə əlaqələndirib.
Qeyd edək ki, 2016-cı ildən “kral klubu”nun şərəfini qoruyan 26 yaşlı futbolçu davam edən mövsümdə 26 oyunda 3 qol və 6 assistlə yadda qalıb.
- Pedro Roke: “Hədəf Azərbaycan boks tarixində ilk olimpiya “qızılı”nı qazanmaqdır”
- Almaniya 93 il sonra finalda
- “Turan Tovuz” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
- Cavid Hüseynov: “Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də…”
- Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
0
0