Krakov-2023: Həsənov 1/8 finalda
23.06.2023 - 16:50
Azərbaycan boks yığmasının daha bir üzvü Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, Malik Həsənov ilk döyüşünü keçirib.
63,5 kq çəkidə çıxış edən boksçumuz polşalı Bartlomey Roskoviçlə qarşılaşıb. 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesablı qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün rinqə çıxan digər boksçumuz Ümid Rüstəmov (57 kq) 1/16 final mərhələsində Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
- Şahin Diniyev: "Mən uşaq deyiləm, hər şeyi başa düşürəm"
- ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
- "Fənərbaxça" "Qalatasaray"ı məğlub etdi - Final "Beşiktaş"la olacaq
- Kurban Berdıyev: "Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq"
- Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"
0
0