Krivotsyuk oynadı, komandası uduzdu
06.10.2024 - 15:14
![Krivotsyuk oynadı, komandası uduzdu](https://ww3.apasport.az/storage/news/2024/october/06/big/6702715851fa36702715851fa417282133366702715851fa16702715851fa2.webp)
Cənubi Koreya çempionatında mövsümün əsas hissəsi arxada qalıb.
Apasport.az xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi "Decon" yarışı 11-ci pillədə başa vurub.
Azərbaycan yığmasının müdafiəçisinin komandası 33-cü turda "Jeju" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Anton bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Hesabında 35 xal olan "Decon" sonuncu pillədə qərarlaşan "İnçon"u 3 xal qabaqlayır.
Qeyd edək ki, reqlamentə əsasən komandalar iki qrupda yarışacaqlar. 5 turdan ibarət mərhələdə ilk altılıq yüksək yerlər, ikinci altılıq isə liqada qalmaq uğrunda mübarizə aparacaq.
0
0