Millimiz təlim-məşq toplanışı keçirəcək
01.09.2025 - 18:13
Kişi parataekvondoçulardan ibarət milli komandamız sentyabrın 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Apasport.az xəbər verir ki, təlim-məşq toplanışında milli komandanın üzvləri – Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq) və Orxan Cəfərov (80 kq) iştirak edirlər.
Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən hazırlıq prosesinə baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.
- Di Mariya fikrindən döndü: “Qalıram”
- “San Antonio”dan finalda ilk qələbə: Vembanyama şou göstərdi
- Boksçularımız Banqkokda Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər
- “Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi ölkəmizin güclü mövqeyinin göstəricisidir”
- Türkiyə Kuboku: “Beşiktaş” və “Başakşəhər"dən qalibiyyət
0
0