Misli Premyer Liqasının XII turunun "Turan Tovuz" - "Qarabağ" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, baxımlı matç oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi".
- Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?
- Qapıçı onsuz da yaxşı oynamalıdır.
- Rəqibin "Qarabağ" olması oyun planında nəyisə dəyişməyinizə məcbur etdi?
- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq.
- Sirr deyilsə, plan nədən ibarət idi?
- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.
- Liderlə heç-heçə sizi razı salır?
- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- Potterinin əvəzləyicisi dəqiqləşdi
- “Liverpul”un iki müdafiəçisi “Qarabağ”la matçda oynamayacaq
- Erhan Toker: “Qarşılıq verə bilmədik”
- Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb