Laporta Mavi zonanı ziyarət edib
16.11.2024 - 18:29
"Barselona" klubunun prezidenti Xuan Laporta artıq Bakıdadır.
Apasport.az xəbər verir ki, o, paytaxtda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.
Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- “Amansız döyüş olacaq” – “Qarabağ”ın oyununa PROQNOZ
- Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”
- Gənclər Liqasında mövsüm başa çatıb
0
0