Daha bir təmsilçimiz Paris-2024-də məğlubiyyətlə üzləşib
29.07.2024 - 15:13
![Daha bir təmsilçimiz Paris-2024-də məğlubiyyətlə üzləşib](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a77a77b122966a77a77b122a172225189566a77a77b122766a77a77b1228.jpg)
Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Paris-2024-də ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində almaniyalı rəqibi Nelvi Raman Tiafakla qarşılaşıb.
Rəqibinə 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə uduzan Abdullayev Olimpiadada çıxışını başa vurub.
0
0