"Turan Tovuz" müqavilə əsasında Rusiyanın "Lokomotiv" (Moskva) klubuna məxsus olan Mark Mampassini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi icarə əsasında mövsümün sonunadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Donetsk "Şaxtyor"unun (Ukrayna) yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada "Mariupol, Türkiyədə "Antalyaspor", Belçikada isə "Kortriyk"in formasını geyinib.
Ukrayna Premyer Liqasında "Mariupol"un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika Yüksək Liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.
- "Bavariya" keçmiş futbolçusunu komandanın başına gətirmək istəyir
- Region Liqasının final oyununun yeri və başlama saatı bəlli olub
- Çempionlar Liqasının bütün yarımfinal cütləri bilindi
- Brahim Diaz Mərakeş millisini seçdi
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb