Brahim Diaz Mərakeş millisini seçdi
11.03.2024 - 17:58
İspaniyanın Malaqa şəhərində doğulan Brahim Diaz oynayacağı milli komandanı seçib.
Apasport.az xəbər verir ki, atası mərakeşli, anası ispan olan 24 yaşlı futbolçu Mərakeş millisində çıxış edəcək.
Diaz 2021-ci il iyunun 8-də İspaniya millisinin Litvaya qarşı keçirdiyi yoldaşlıq oyununda meydana çıxıb.
Lakin sonradan şans tapa bilməyən Diaz Mərakeş millisində oynamağa üstünlük verib.
Qeyd edək ki, İspaniya mətbuatı Diazın Mərakeşi seçməsinin İspaniya üçün böyük itki olduğunu yazıb və İspaniya Futbol Federasiyasını “səriştəsizlik”də ittiham edib.
- Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb
- AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
- Prezident Avropa çempionatının yayımı üçün 940 500 avro ayırdı
- Klublararası DÇ-nin yeni kuboku ictimaiyyətə təqdim olundu
- “Araz-Naxçıvan”dan növbəti qələbə - YENİLƏNİB
0
0