Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək
13.07.2024 - 19:09
![Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək](https://ww3.apasport.az/storage/news/2024/july/13/big/669299357fb13669299357fb141720883509669299357fb11669299357fb12.jpeg)
Fransa millisinin keçmiş baş məşqçisi Loran Blan Səudiyyə Ərəbistanı klubuna rəhbərlik edəcək.
Apasport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "Əl-İttihad" klubuna baş məşqçi təyin olunub.
Onunla "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, L.Blan karyerası ərzində PSJ və "Lion" kimi klublarda çalışıb.
0
0