Maksim Medvedev karyerasını bitirir
26.12.2023 - 15:56

“Qarabağ”ın kapitanı Maksim Medvedev mövsümün sonunda aktiv futbolçu karyerasını başa vura bilər.
Apasport.az saytına verilən məlumata görə, o, bununla bağlı götür-qoy edir.
Medvedev karyerasını başa vuracağı təqdirdə böyük ehtimalla “Qarabağ” klubundan ayrılmayacaq. Belə ki, futbol akademiyasının rəhbəri Aftandil Hacıyev ona akademiyada çalışmağı təklif edib.
34 yaşlı müdafiəçi futbolçu karyerasını başa vurduqdan sonra məhz “Qarabağ”ın futbol akademiyasında işləyəcək.
- Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
- "Araz-Naxçıvan"ın futbolçusu MOİK-də
- "Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
- Azərbaycan Premyer Liqasında dövrənin son oyunlarının cədvəli
- Millimizin üzvü: "Seçmə mərhələdəki rəqiblərimiz zəif komandalar deyil"
0
0