Kilian Mbappe transferi alnmasa, “Real” digər variantı nəzərdən keçirəcək.
Apasport.az-ın məlumatına görə, Madrid klubu Duşan Vlahoviç cəhdini edəcək.
PSJ ilə uzun sürən danışıqlar yekunlaşmayıb. Nə Mbappe, nə “Real” Paris klubu ilə ortaq məxrəcə gələ bilib. Əgər nəticə uğurlu olmasa, madridlilər Vlahoviçi heyətə qatmağa çalışacaqlar. Düzdür, “Çelsi” serbiyalı hücumçu ilə bağlı “Yuventus”la danışıqlar aparır. Romelu Lukaku və müəyyən məbləğ ödənilməklə bu trasferin reallaşacağı gözlənilir.
Qeyd edək ki, Vlahoviçin qiymətini 70 milyon avro olduğu bildirilir. Serbiyalı futbolçunun “Yuventus”la üç illik müqaviləsi var.
- Qurban Qurbanov: “Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik”
- Bəhlul Mustafazadə: " 100 milyonluq Florian Virtz 5 metrdən qapıya düşmürsə..."
- "Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli olub
- Bakı klubu onun transfer hüququna sahib çıxmaq istəyir
- Antalyada "Zəfər Kuboku"nda daha altı medal