Mehdi Hüseynzadə adına stadiondakı oyunun biletləri satışa çıxarılır
30.01.2024 - 10:57
![Mehdi Hüseynzadə adına stadiondakı oyunun biletləri satışa çıxarılır](https://ww3.apasport.az/storage/news/2024/january/30/big/65b89bc98ac8965b89bc98ac8a170659732165b89bc98ac8765b89bc98ac88.jpg)
Azərbaycan Premyer Liqasının 21-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.
Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.
Xatırladaq ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.
0
0