Məqsəd İsayev zədələndi
02.03.2024 - 16:30
Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “Zirə”nin aparıcı müdafiəçisi Məqsəd İsayev rəqib oyunçu ilə toqquşaraq xəsarət alaraq mübarizəni davam etdirə bilməyib. 10-cu dəqiqədə məcburi əvəzləməyə əl atan baş məşqçi Rəşad Sadıqov meydançaya Fuad Bayramovu buraxıb.
Qeyd edək ki, “Zirə” məhz Məqsəd İsayev zədələnib meydanı tərk etdiyi anda azlıqda qalarkən qapısında qol görüb.
- Bəhlul Mustafazadə: "Futbolda bir epizod səni qəhrəman da edər, biabır da" - Müsahibə
- "Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur
- "Arsenal" ilin transferini tamamlayır: Qyökereş Londona gedir
- “Real”ın hücumçusu Fransa klubuna keçəcək
- Nikola Yokiçin gecəsi: NBA-da günün nəticələri
0
0