Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi
27.01.2025 - 19:14
"Şamaxı"nın futbolçusu Leroy Mikelsə Azərbaycanın üç klubundan təklif olması barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, vinger qışda komandada qalmağa qərar verib.
O, təklifləri mövsümün sonunda dəyərləndirəcək. Almaniyalı "Neftçi" və "Sabah"dan gələn təklifləri düşünəcək.
Mikels "Araz-Naxçıvan"ın marağına baxmayaraq, bu kluba keçmək niyyətində deyil.
Onun seçimi isə yayda bəlli olacaq.
Qeyd edək ki, Leroy mövsümün əvvəlindən "Şamaxı"da çıxış edir.
- AFFA-da yenilik
- Laurentsiu Regekampf: "Mənə dedi ki, nəfəs ala bilmirəm" - MÜSAHİBƏ
- 1/8 finalın hakimləri açıqlandı - Xankəndiyə kim gedir?
- Sərhat Taşdemir: “Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olsa da...”
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
0
0