“Şamaxı”nın futbolçusu Leroy Mikels komandanı tərk edə bilər.
Apasport.az saytına verilən məlumata görə, o, birdən-birə 3 Azərbaycan klubunun transfer siyahısına daxil olub.
Futbolçunun xidmətində “Araz-Naxçıvan”, “Neftçi” və “Sabah” maraqlıdır. Premyer Liqa təmsilçiləri onu bu qış heyətlərinə cəlb etmək istəyirlər.
Amma bunun çətin olacağı hər kəsə bəllidir. Çünki onu rənglərinə bağlamaq istəyən klub təzminat ödəməli olacaq. “Şamaxı” 29 yaşlı futbolçu üçün transfer məbləği tələb edəcək.
Mikelsin klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Xatırladaq ki, Leroy “Şamaxı”ya qədər “Əl-Taraci”, “Spartak” (Varna), “Rot Vays Oberhauzen”, “Türkgücü Münhen”, “Duysburq”, “Velbert”, “Monheym”, “Alemaniya Ahen” klublarında oynayıb.
- "İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlandı
- Vaqif Cavadov: “Ardıcıl qələbələr onların yaxşı formada olmasından qaynaqlanır” - MÜSAHİBƏ
- Əfran İsmayilov: "Zirə"ni çempion kimi təqdim edə bilərəm" - MÜSAHİBƏ
- Fernandu Santuş: "Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz"
- Fərid Qayıbov Qambiyanın gənclər və idman nazirini qəbul edib