Misli Premyer Liqasının IV turunda keçirilən “Qəbələ” – “Sabah” oyununda insident baş verib.
Apasport.az saytının məlumatına görə, hadisə qonaqların 64-cü dəqiqədə vurduğu 2-ci qoldan sonra yaşanıb.
Qalmaqalın yaşanmasına səbəb Coy-Lens Mikelsin qolundan sonra qonaqların sevinci rəqib azarkeşlərin önündə qeyd etməsi olub. Buna əsəbləşən Ruan Renato və Rafael Utziq “Sabah”ın oyunçularının üzərinə şığıyıb. Nəticədə futbolçular bir-birlərinə qarşı aqressiv davranıblar. Ev sahiblərinin əsas narazılığı isə yarımmüdafiəçi Aleksey İsayevə olub.
Ara sakitləşdikdən sonra isə baş məşqçi Əliyar Ağayev adları sadalanan oyunçular da daxil olmaqla bir neçə futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Sabah” 2:0 hesabı ilə öndədir.
- Yığmalarımızdan biri gerilədi, biri “qış yuxusu”nda - REYTİNQ
- Klub prezidenti Regekampfın maaşını açıqladı - “1,5 milyon
- Ronaldoya 20 qoyun təklif edib, “Mançester Yunayted”dən cavab gözləyirlər
- “Vugar Gashimov Open 2025" turnirinə yekun vurulub - FOTO
- PSV "Bavariya"nın keçmiş futbolçusunu transfer edə bilər