![Millimiz 3 qızıl və 1 gümüş medalla Avropa çempionatını tamamladı](https://ww3.apasport.az/storage/news/2023/march/15/big/6412144c627d26412144c627d316789064446412144c627d06412144c627d1.jpeg)
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatını "klassiklər"imiz yarışı 4 medalla tamamlayıb.
Apasport.az xəbər verir ki, bu gün Avropa çempionu olan yunan-Roma güləşçilərimiz Elmir Əliyev (60 kq) və Qurban Qurbanova (72 kq) Murad Əhmədiyev (97 kq) də qoşulub. O, finalda macarıstanlı Aleks Sökeni əks-fənddə yaxalayaraq "tuş"la qalib gəlib.
Qeyd edək ki, dünən Xasay Həsənli (77 kq) gümüş medal qazanmışdı.
Bununla da Azərbaycan 3 qızıl və 1 gümüş medalla ən yaxşı nəticəni göstərib. Bununla belə, bu nəticə yalnız 4-cü yeri tutmağa kifayət edib.