Millimiz albanlara uduzdu
23.03.2023 - 20:30
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik ediyi kollektiv Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 2:1.
Azərbaycan yığmasının yeganə qolunu 46-cı dəqiqədə Camal Cəfərov vurub.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.
- "Liverpul" Salahın əvəzedicisini tapdı - 125 milyon ödəyəcək
- Həftənin futbolçusu adına namizədlər bəlli oldu
- Ayxan Abbasov: “Növbəti oyun üçün gərək 11 nəfər tapaq”
- Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər
- Samir Abasovun “Neftçi”si ilk məğlubiyyətini aldı - YENİLƏNİB
0
0