Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
19.05.2024 - 14:11
![Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/may/19/big/66499a9c0ef1b66499a9c0ef1c171609974066499a9c0ef1766499a9c0ef19.jpg)
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.
Bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək. Yığmamız qrupdakı rəqibləri bəlli olub.
Belə ki, jurnalistlərimiz Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq. Komandamızın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.
0
0