Millimiz Avropa çempionatında ilk matçına çıxacaq
23.07.2024 - 09:18
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.
- Patrik Andrade: “Qurban Qurbanov həmin yolu tapmaq üçün çalışır”
- “Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- V Autizm Festivalı keçirilib
- "Qəbələ" qaldığı yerdən davam edir... - YENİLƏNİB
0
0