Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
15.11.2025 - 11:25
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.
- Maqomed Kurbanov: “Milli maksimum üç xal qazanacaq” - MÜSAHİBƏ
- "Panatinaikos"da Fatih Terim dövrü başa çatdı - Rəsmi
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- “Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
0
0