Millimiz FİFA reytinqində irəlilədi
15.02.2024 - 13:54
FİFA milli komandaların reytinq siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması 1174.22 xalla bir pilləyə irəliləyərək 113-cü yerdə qərarlaşıb.
Komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.
Siyahıya son dünya çempionu Argentina 1855.2 xalla başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.
- Millətlər Liqasında 7 oyun: Fransa və Xorvatiya üçün səfər sınağı
- "Fənərbaxça" Türkiyə milli komandasına oyunçu göndərməyəcək - Şok qərar
- Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
- “İnter” braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq
- Vaqif Cavadov: “Hər oyun bizim üçün çox önəmlidir”
0
0