Millimiz Gürcüstana məğlub olub
30.09.2024 - 15:55
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı - 4:0.
- Fransa Mərakeşə qalib gəlib, ardıcıl 2-ci dəfə finala çıxdı - YENİLƏNİB
- Ronaldonun komandasından Maneyə təklif
- Aziz Yıldırım namizədliyini geri çəkə bilər
- İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçildi
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
0
0