![Millimiz İrlandiyaya qarşı - YENİLƏNİR](https://ww3.apasport.az/storage/news/2024/november/16/big/673841beb0596673841beb05971731740094673841beb0594673841beb0595.gif)
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda bu gün İrlandiya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq oyunu serbiyalı baş hakim idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
16 noyabr
14:00. İrlandiya - Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Kişinyov, "Zimbru-2" stadionu.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.