![Millimiz Ukraynaya qalib gəldi - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2023/june/30/big/649e6aafe0d4d649e6aafe0d4e1688103599649e6aafe0d4b649e6aafe0d4c.jpg)
Krakov-2023 III Avropa Oyunlarına çimərlik futbolu yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığması növbəti oyununa çıxıb.
A qrupunda sonuncu olan yığmamız 5-8-ci yerlər uğrunda mübarizədə Ukrayna ilə görüşüb. Zeynal Zeynalovun yetirmələri ilk üç matçdakı kimi yenə uduzub.
Amid Nəzərov erkən qolla hesabı açsa da, futbolçularımız üstünlüyü qoruya bilməyib. Görüşün əsas vaxtı 6:6 hesabı ilə başa çatıb.
Əlavə vaxtda vurulan qolla 7:6 hesabı ilə qalib gələn komandamız sabah 5-ci yer uğrunda oyuna çıxacaq. Bu qarşılaşmada rəqib Moldova olacaq.
Qeyd edək ki, Azərbaycan yığması qrupda Polşaya 2:7, Portuqaliyaya 2:5, İspaniyaya 1:7 hesabı ilə uduzub.
Avropa Oyunları
Çimərlik futbolu
30 iyun
5-8-ci yerlər uğrunda
16:30. Azərbaycan - Ukrayna - 7:6, əlavə vaxtda
Qollar: Amid Nəzərov (3), Elşad Manafov (2), İsa Zeynallı, Orxan Məmmədov