![Millimiz yarımfinala yüksələ bilmədi](https://ww3.apasport.az/storage/news/2024/june/06/big/6661defa9df4a6661defa9df4b17176901066661defa9df486661defa9df49.jpeg)
Minifutbol üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda 1/4 final matçları keçirilib.
Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Çempionatda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyasını davam etdirə bilməyiblər. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli olub. 7:6 hesabı ilə qalib gələn Qazaxıstan yarımfinala vəsiqə qazanıb.
Avropa çempionatı
1/4 final
6 iyun
19:00. Qazaxıstan – Azərbaycan - 0:0, pen. 7:6
Qeyd edək ki, yığmamız bunadək qrupda Belçikaya 3:0, İtaliyaya 2:1, Fransaya 3:1, 1/4 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib.