Millimizdən bir pilləlik irəliləyiş
26.10.2023 - 15:57
![Millimizdən bir pilləlik irəliləyiş](https://ww3.apasport.az/storage/news/2023/october/26/big/653a5443a1bb4653a5443a1bb51698321475653a5443a1bb2653a5443a1bb3.jpg)
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bir pillə irəliləyib.
İtaliyalı mütəxəssis Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci pillədə qərarlaşıb. Buna AVRO-2024-ün oktyabr matçları səbəb olub. Komandamız səfərdə Estoniyaya 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub - 0:1.
Qeyd edək ki, cədvələ Argentina başçılıq edir - 1861,29 xal.
0
0