Azərbaycan millisi FİFA reytinqində xal hesabını artırıb.
Apasport.az saytının məlumatına görə, buna Slovakiya ilə dünənki oyun səbəb olub.
Canni de Byazinin yetirmələri Millətlər Liqasının V turunun səfər matçında 2:1 hesabı ilə qələbə qazanıb. Bu, komandamızın aktivinə 11,5 xal gətirib.
Ötən reytinq siyahısında 1127,17 xalla dünyanın 128-cisi olan millimiz hesabını 1138,67-yə çatdırıb. FİFA-nın rəsmi cədvəli gələn ay açıqlanacaq. Canlı siyahıda isə yığmamız 5 addım irəliləyib.
Bu sıçrayışın rəsmiləşməsi qarşıdakı günlərdə baş tutacaq matçlardan asılıdır. Millimizin özü də Qazaxıstanla ev sınağında uduzmasa, aktivini daha da zənginləşdirəcək.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı sentyabrın 25-də baş tutacaq.
- "Frayburq" "Bavariya"nı Almaniya Kubokundan kənarlaşdırdı
- “Ferensvaroş”un kapitanı: “Qarabağ”dan böyük sillə yedik” - MÜSAHİBƏ
- Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO
- ÇL: Həftənin futbolçusu adına namizədlər
- Səhvləri-doğrularıyla bu dünyadan keçən “argentinalı Məsih” - ULDUZLAR