Suarez 500-cü qolunu vurdu
08.05.2024 - 10:56
![Suarez 500-cü qolunu vurdu](https://ww3.apasport.az/storage/news/2024/may/08/big/663b21139f55a663b21139f55b1715151123663b21139f558663b21139f559.jpg)
Əfsanəvi uruqvaylı hücumçu Luis Suarez "İnter Mayami" forması ilə klub səviyyəsində 500-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, o, 2014-2020-ci illər arasında ən çox qolu "Barselona"na forması ilə vurub - 198 qol.
Uruqvaylı futbolçu 2011-ci ildən 2014-cü ilə qədər üç il ərzində "Liverpul"da 98 qola imza atıb.
Həmçinin o, "Atletiko Madrid", "Ayaks" və "Qroningen"də oynayıb.
0
0