![Millimizdən SIÇRAYIŞ](https://ww3.apasport.az/storage/news/2023/november/24/big/6560706ed0cbb6560706ed0cbc17008190546560706ed0cb96560706ed0cba.jpg)
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, yığmaların noyabr reytinqindəki təxmini mövqeləri bəlli olub.
Azərbaycan yığması 1174,22 xalla 114-cü yerdə qərarlaşacaq. Canni de Byazinin rəhbərliyi altında son iki oyununa çıxan millimiz ötən cədvəllə müqayisədə 6 pillə irəliləyəcək.
Buna səbəb AVRO-2024-ün seçmə mərhələsinin bu ay baş tutan iki matçıdır. Evdə İsveçi 3:0 hesabı ilə yenən millimiz səfərdə Belçikaya uduzsa da (0:5), həm xal sayını, həm mövqeyini yaxşılaşdıracaq. Komandamız 6 yığmanı - Namibiya, KXDR, Anqola, Toqo, Estoniya və Qambiyanı arxada qoyacaq.
Qeyd edək ki, FİFA reytinqi noyabrın 30-da açıqlanacaq.
- “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verdi - FOTOLENT
- Qadın jurnalistdən Qətərdə çəkdiyi videonu silmək tələb olunub
- Fərid Qayıbov: Xankəndi - Bakı ultramarafonu çox çətin marafon idi - FOTO
- Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib