Millimizin Küveytlə oyunu təxirə salındı
23.05.2022 - 11:43
![Millimizin Küveytlə oyunu təxirə salındı](https://ww3.apasport.az/storage/news/2022/may/23/big/628b3b38cd887628b3b38cd8881653291832628b3b38cd885628b3b38cd886.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Küveytlə yoldaşlıq oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığmamızın hazırlıq çərçivəsindəki matçı baş tutmayacaq.
Küveytin U-23 komandası ilə yoldaşlıq oyununun mayın 26-da keçirilməsi planlaşdırılmışdı. Görüşün təxirə salınmasına səbəb Asiya təmsilçisinin Bakıya səfərinin baş tutmamasıdır.
0
0