Millimizin növbəti rəqibi də böyük hesabla uduzdu
25.03.2023 - 01:49
![Millimizin növbəti rəqibi də böyük hesabla uduzdu](https://ww3.apasport.az/storage/news/2023/march/25/big/641e1f66da8ea641e1f66da8eb1679695718641e1f66da8e8641e1f66da8e9.jpg)
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin növbəti rəqibi olan İsveç yığması da turnirə böyük hesablı məğlubiyyətlə başlayıb.
Apasport.az xəbər verir ki, İsveç öz meydanında qrupun favoriti Belçikaya 0:3 hesabı ilə uduzub. Hər 3 qolu Romelu Lukaku vurub.
Qeyd edək ki, bu gün Avstriyaya 1:4 hesabı ilə uduzan Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.
0
0