UEFA Avropa Konfrans Liqasında "Fənərbaxça"nın "Yunion Sent-Jilluaz" ilə oynayacağı matçın start heyəti formalaşır.
Apasport.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, İsmayıl Kartalın bu matçda rotasiyaya getməyəcəyi və ideal heyətlə meydanda olacağı bildirilib.
Xəbərdə zədəsini sağaldan və "Hatayspor" matçı üçün düşərgə heyətinə daxil olan Fredin ilk 11-də başlamasının gözlənildiyi qeyd olunub.
Xatırladaq ki, Super Liqanın 21-ci həftəsində keçirilən "Samsunspor" matçında Fred zədələnib. Mövsümün əvvəlində "Fənərbaxça"ya transfer olunan Fred "bülbüllər"in heyətində 22 matçda forma geyinib. 31 yaşlı futbolçu bu matçlarda 6 məhsuldar ötürmə edib.
- Minifutbol millimiz beynəlxalq turnirin qalibi olub
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Portuqaliyalı müdafiəçi “Fənərbaxça”nın hədəfində
- “Red Bull” “Maklaren”in uğurunu təkrarladı
- Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar