Millimizin oyununun vaxtı dəyişdirilib
26.09.2024 - 15:35
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə oyununun başlama saatı dəyişdirilib.
Apasport.az xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün saat 16:00-da başlayacaq.
Qeyd edək ki, İspaniyanın Kadiz şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) seçməsi ilə qarşılaşacaq.
- Çempionlar Liqasında PÜŞKATMA
- Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır
- İlqar Qurbanov: “Məşqçilər icazə alırlar ki, taksi sürüm, dolanım” - MÜSAHİBƏ
0
0