Millimizin Qazaxıstanla oyununun stadionu dəqiqləşdi
13.06.2022 - 10:33
![Millimizin Qazaxıstanla oyununun stadionu dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2022/june/13/big/62a6da32771df62a6da32771e0165510200262a6da32771dd62a6da32771de.jpg)
Millətlər Liqasında Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.
Apapsort.az saytının məlumatına görə, Azərbaycan - Qazaxıstan oyunu “Dalğa Arena”da keçiriləcək.
Qarşılaşma sentyabrın 25-də baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 3 oyundan sonra 1 xalı olan millimiz C liqasının 3-cü qrupunda sonuncu pillədə qərarlaşıb.
0
0