Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu
27.06.2024 - 13:13
![Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu](https://ww3.apasport.az/storage/news/2024/june/27/big/667d2994c1087667d2994c10881719478676667d2994c1085667d2994c1086.jpg)
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.
Yığmanın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.
Qeyd edək ki, iyulun 5-də başa çatacaq İsveçrədəki turnirdə 12 komanda qüvvəsini sınayacaq.
0
0