Amerika Kubokunun ilk yarımfinalçısı bəlli oldu
05.07.2024 - 09:24
![Amerika Kubokunun ilk yarımfinalçısı bəlli oldu](https://ww3.apasport.az/storage/news/2024/july/05/big/668783c3acfee668783c3acfef1720157123668783c3acfeb668783c3acfed.jpeg)
ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
0
0