Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyun üçün rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Görüş sabah saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya (1:5) və Çexiyaya (0:2) uduzub.
- İdman gimnastikası üzrə Dünya kubokunun ikinci günü başa çatıb
- Qurban Qurbanov: “Böyük klubların bizə ciddi yanaşması sevindirici haldır”
- Donald Gerye Azərbaycandan getmək istəmir – danışıqlara davam
- “Dunayska Streda” "Dalğa Arena"da məşqə çıxmaqdan imtina edib
- “Zirə”nin yay hazırlıq planı müəyyənləşib