Bu gün voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda kişilər və qadınların mübarizəsində final matçları keçiriləcək.
Kişilərin turnirində həlledici oyunda "Azərreyl" klubu “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Qadınlarda isə "Gəncə" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 18:00-da başlayacaq.
Final matçlarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi təşkil olunacaq. Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
- Mərc oynayan məşqçiyə cəza – 5 illik diskvalifikasiya
- Müəllim Alleqri, tələbələr isə Fabreqas və Hamşik
- “Apollon” “Neftçi”nin futbolçusunun transferini açıqladı
- Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”