Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
09.04.2025 - 17:19

Futbol üzrə Türkiyə I Liqasında XXXIII turun görüşləri keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Ərzurum"la üz-üzə gəlib.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, XXXIII turdan sonra 48 xal toplayan "Çorum" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
- Macarıstan klubunun Sumqayıtdakı mətbuat konfransı və açıq məşqi ləğv olunub
- Yeqor Titov İtaliyaya güvənir: “Təvazökar qələbə gözləyirəm”
- Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıldı
- "İrəvan"ın prezidenti saxlanılıb
- İtaliyada mövsümün ən yaxşı baş məşqçisi bəlli oldu
0
0