Millimizin üzvü oynadı, komandası çempion oldu
13.05.2025 - 01:14
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya çempionu olub.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi “Eqnatiya” həlledici görüşdə “Vlajniya” ilə qarşılaşıb.
Əliyevin komandası inamlı oyunla 4:0 hesablı qələbə qazanıb.
Beləliklə “Eqnatiya” tarixində ikinci dəfə ölkə çempionu olub. Komanda ilk dəfə ötən mövsümdə bu uğura nail olmuşdu.
Qeyd edək ki, Zamiq final görüşündə start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub.
- Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- Avropa çempionatına yollanacaq milli Qaxda toplanış keçir
- “Neftçi”dən azarkeşlərinə müraciət
- Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”
- Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
0
0